Bazar , Noyabr 15 2026
azfa

Türkiyə 44 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisinin şəhid olduğu Şanlıurfanın Akçaqala bölgəsində 44 terrorçu məhv edilib.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, xain hücumdan sonra müəyyən edilmiş hədəflərə qarşı cəza əməliyyatlarına başlanılıb:

“Terrorçuların hər hücumuna cavab veriləcəyinə və onların məsuliyyətə cəlb olunacağına heç kim şübhə etməsin”.

Qeyd edək ki, yanvarın 11-də Akçaqalada terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …