Çərşənbə , Sentyabr 23 2026
azfa

İranın nüvə proqramı ilə bağlı danışıqlar dayandırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vyanada İranın nüvə proqramı ilə bağlı aparılan müzakirələr yekun mərhələyə çatıb və siyasi qərarlar üçün dayandırılıb.

Avropa Birliyinin koordinatoru Enrike Mora bildirib ki, müzakirəçilər məsləhətləşmələr üçün paytaxtlarına gedəcək və gələn həftə Vyanaya qayıdacaqlar.

Qeyd edək ki, Vyanada İran, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya arasında sanksiyaların ləğvi qarşılığında 2015-ci ildə hazırlanmış İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün danışıqlar aparılır.

2018-ci ildə Amerika sözügedən razılaşmadan çıxıb və İrana qarşı yenidən sanksiyalar tətbiq edib.

Bu həftə İran ilk dəfə olaraq ABŞ-la birbaşa danışıqlara açıq olduğunu bildirib. Ağ Ev də öz növbəsində buna hazır olduğunu bəyan edib.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …