Cümə , Aprel 26 2024
azfa

İran Ermənistanla qızıl və almaz hasilatı sahələrində əməkdaşlıq edə bilər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Qızıl, Cəvahirat, Gümüş və Qiymətli Daşlar üzrə İstehsalçılar və İxracatçılar Birliyinin sədri ölkəsinin Ermənistan ilə qızıl hasilatı sahəsində əməkdaşlıq edə biləcəyi haqda məlumat verib.

Telegram kanalının “İSNA”ya istinadən xəbərinə görə, o, bu barədə deyib: “Ermənistan İran şirkətlərinə bu ölkənin qızıl istehsalında birgə əməkdaşlıq etmək, habelə İrəvanın İranda almaz hasilatı karxanası açması ilə bağlı təklif irəli sürüb”.

Seyid Höccət Şəfayi yanvarın 27-də keçirdiyi mətbuat konfrasında habelə bildirib: “Sanksiyalar ölkəmizdən qızıl ixracının qarısını alıb. Çünki İrandan nə göndərilirdisə, saxlanırdı. Üstəlik, ağır qanunlar da ixracın qarşısını alırdı. Misal üçün, digər ölkələrdən fərqli olaraq İranda istehsalçılar bir neçə təşkilatdan təsdiq sənədi almalıdır”.

“Ölkədə yaxşı qızıl mədənləri var, lakin qızılı çıxarmaq üçün texnologiya zəidir. Əgər lazımi infrastruktur təmin edilərsə, qızıl neftə alternativ sənayelərdən biri ola bilər. Çünki İran dünyanın 7 qızıl və cəvahir istehsalçısından biridir”, – deyə sonda Şəfayi əlavə edib.

Qeyd edək ki, İranın işğalçı Ermənistanla nəzərə çarpacaq qədər geniş və çoxşaxəli münasibətləri həqiqətən təəccüb və təəssüf doğurur. Çünki üzdə Azərbaycanla dost, qardaş və mehriban qonşuluqdan dəm vuran Tehran hökuməti əməldə bunun tam əksini sübut edir, işğalçı Ermənistana artan siyasi-iqtisadi dəstək verməklə, guya Azərbaycana təzyiq göstərmiş olduğunu düşünürsə, ciddi yanılır. Çünki, Ermənistan Azərbaycanın gözündə artıq məğlub, cılız və zəif bir ölkədir. İran isə bundan nəticə çıxararaq tərəfini seçməli, haqqın yoxsa nahaqqın yanında olduğuna aydınlıq gətirməlidir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …