Çərşənbə , Sentyabr 23 2026
azfa

İranın Azərbaycan şəhərlərinin adını dəyişərək İran şəhəri kimi qələmə verməsinin sənədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi fars rejimi hələ Pəhləvi dövründən Güney Azərbaycanın müxtəlif şəhərinin türk mənşəli tarixi adını fars adlarla dəyişib həmin şəhərləri İran şəhəri kimi tanıtdərmağa çalışır.

Hazırda təqdim etdiyimiz sənəd 1939-cu ilə aiddir. Həmin ildə İran rejimi bu sənədlə Güney Azərbaycanın Qışlaq, Yengi İmam və Qəsr Qacariyyə məntəqələri və şəhərlərinin adını farscaya dəyişərək rəsmiləşdirmişdir.

Həmin sənəddə Güney Azərbaycanın Qəzvin bölgəsində yerləşən Qışlaq məntəqəsi və şəhərinin adı Abyek, Güney Azərbaycanın Yeni İmam məntəqəsi və şəhərinin adını Kərəc və Güney Azərbaycanın Qəsr Qacariyyə bölgəsinin adını Bisim sözləri ilə dəyişərək təhrif etmişdir.

Pəhləvi rejimi həmin sənəddə yerli orqanlara göstəriş verir ki, artıq qədim türk mənşəli adlar yerinə yeni farsca qoyulan adlar istifadə edilsin.

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …