Cümə axşamı , Sentyabr 24 2026
azfa

Amerikalı senatorlar İranın nüvə proqramını məhdudlaşdırmaq üçün yeni plan təklif ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Senatındakı cümhuriyyətçilər və demokratlar İranın nüvə proqramını yeni diplomatik yanaşma ilə məhdudlaşdırmaq və Yaxın Şərqdə silahlanma rəqabətinin qarşısını almaq məqsədi daşıyan qanun layihəsini Senata təqdim ediblər.

Həmin layihə Senatın Xarici Əlaqələr Komitəsinin demokrat sədri Bob Menendez və Senatın cümhuriyyətçi üzvü Lindsey Qraham tərəfindən hazırlanıb.

Bildirilir ki, sözügedən proyekt Yaxın Şərq ölkələri, o cümlədən İran üçün nüvə yanacağı bankının yaradılmasını təklif edir.

İkinci təklif isə bundan ibarətdir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin beynəlxalq alıcıların ehtiyacı ilə mütənasib olan yanacaq bankı inkişaf etdirilsin.

Projədə bu da əlavə edilib ki, əgər İran uranyumu zənginləşdirməkdən və nüvə yanacağını emal etməkdən imtina edərsə, Amerika hökuməti İrana qarşı nüvə anlaşmasında razılaşdırılandan daha çox sanksiyanı ləğv etməyi qəbul etsin.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …