Bazar , Noyabr 15 2026
azfa

Şuşada xanlıq dövrünə aid abidə aşkarlandı

Şuşada Qarabağ xanlığı dövrünə aid olan yeni abidə aşkarlanıb. Bunu Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov “Şuşa-270: Arxelogiyası, tarixi, etnoqrafiya və antropologiyası adlı respublika elmi konfransında çıxış edərkən deyib.

“Fevralın 5-də məlumat aldıq ki, Şuşa şəhərində otel binası tikilərkən oradan tikinti qalıqları aşkarlanıb. Təcili olaraq ora əməkdaşlarımızı ezamiyyətə göndərdik. Orada arxeoloji qazıntı işləri aparılıb. Tikinti dərhal saxlanılıb. Tədqiqat işləri zamanı məlum olub ki, orada çirkli suların axması üçün borular aşkarlanıb. Bu gün isə bizə yenidən tapşırıq verildi ki, yenə də qazıntı işləri davam etdirilsin. Həmin abidə Qarabağ xanlığının dövrünə aid olan abidədir. Gələcəkdə planlaşdırırıq ki, abidənin üstü açıldıqdan sonra orada tikilən otelə gələn qonaqlar şüşə vasitəsilə onu görə bilsinlər”, – o vurğulayıb.

Həmçinin yoxlayın

İsrail molla rejiminə qarşı birtərəfli hücuma hazırlaşır

GADTB: İsrail mediası xəbər verir ki, İran İslam Respublikası tərəfindən təcili təhlükə əlamətlərinin olmamasına baxmayaraq, …

Təbriz, Marağa və Əhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulmaq yolunda

GADTB: Yaradıcı Şəhərlər İnstitutunun icraçı direktoru Təbriz, Marağa və Əhər şəhərlərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə …