Ukrayna ordusu Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, ancaq döyüşlər davam edir. Bu sözləri Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram kanalında yazıb.

“Bu gün: Ukrayna ordusu yalnız mövqelərini qorumur, həm də əks-hücuma keçir. Maloy Roqani istiqamətində artıq bir neçə məntəqə işğaldan azad edilib, döyüşlər davam edir”, – o qeyd edib.

O bildirib ki, İzyum istiqamətində də müdafiə gücləndirilib.

Bu arada isə Rusiyanın Gürcüstanın işğal altında olan ərazilərindəki ordusunu Ukraynaya göndərdiyi bildirilir.  Bu barədə CNN telekanalı məlumat yayıb. Məlumatda qeyd olunub ki, bununla bağlı dəqiq sübutlar var və artıq Gürcüstandan Ukraynaya qoşun yola düşüb.

Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanın ərazi bütövlüyünə müdaxiləsindən sonra Abxaziya və Cənubi Osetiya regionunda qoşun saxlayır.

Xatırladaq ki, bundan əvvəl Rusiya Ermənistanın Gümrü şəhərindəki 102 saylı hərbi bazasında olan hərbi birləşmələri də Ukraynaya cəlb etdiyi barədə məlumatlar yayılmışdı.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …