Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Türkiyənin təyyarə istehsalında yeni planları açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin istehsal edəcəyi milli döyüş təyyarəsinin bütün ehtiyat hissələri yerli təchizata bağlı olacaq. Bu barədə Türk Aviasiya və Kosmos Sənayesi Şirkətinin (TUSAŞ) baş direktoru Təməl Kotil məlumat verib.

O bildirib ki, 2023-cü il martın 18-nə kimi “Hürjet” və “Atak-2” hərbi təyyarələrinin səmaya qaldırılması planlaşdırılır.

Milli döyüş təyyarələri üçün yerli mühərrikin istehsal olunmasının ən əsas hədəf olduğuna və bunun üçün geniş imkanların mövcudluğuna diqqəti çəkən T.Kotil əminliklə bildirib ki, gələcək on ildə mühərrik istehsalı sahəsində sıçrayışlı inkişaf olacaq.

Bu arada isə Türk Aerokosmik Sənayesi (TUSAŞ) 28-31 mart tarixlərində Malayziyada keçiriləcək 17-ci Müdafiə Xidməti Asiya (DSA) Sərgisində iştirak edəcək.  Sərgidə “Hürjet” və “Anka” kimi son seriya “hava şahinləri” sərgilənəcək.

Keçən il Malayziyada ofis açan TUSAŞ, bu ölkə ilə müdafiə sənayesi və aviasiya sahəsində yeni ortaq layihələr üçün səylərini artırmağı hədəfləyir.

Sərgiyə qatılacaq nümayəndə heyətləri ilə şirkət, pilotsuz uçuş aparatları, reaktiv təlimçilər, orijinal helikopter inkişafı, struktur imkanlar və aviasiya sənayesinin inkişafına töhfə verəcək modernləşdirmə proqramları kimi bir çox sahədə potensial ortaq tədqiqatlar aparmağı qarşısına məqsəd qoyub.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …