Çərşənbə , Sentyabr 23 2026
azfa

Ukrayna ordusu 11 yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 11 yaşayış məntəqəsini azad edib. Bu barədə “Cənub” operativ komandanlığı məlumat yayıb.

“Novovorontsovka, Malaya Şesternya, Novoqriqorovka, Topolinoe, Knyazevka, Krasnovka, Svobodnoe, Kamenka, Priqorye, Koçubeevka, Orlovo əraziləri düşməndən azad edildi”, – məlumatda qeyd olunub.

Bundan başqa Ukrayna ordusu qənimət olaraq tam döyüş komplekti ilə birlikdə T-64 tankı, PDM-2, BMD-2, ZU-2M ələ keçirib.

Həmçinin Ukrayna Kiyevdən şərq və şimal-şərq istiqamətində uğurlu, lakin məhdud əks-hücumlar keçirməyə davam edir. Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında qeyd olunub.

 “Ukrayna hərbi qüvvələri Çerniqovdan cənubda yerləşən Sloboda və Lukaşevka kəndlərini azad ediblər. İndi onlar Çerniqov və Kiyev arasındakı əsas təchizat yollarında yerləşiblər”,

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …