Cümə axşamı , May 2 2024
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Türkiyənin Musiad təşkilatınin iftar mərasiminə dəvət edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 5-də Avstraliyanın Sidney şəhərində Türkiyənin Musiad təşkilatı tərəfindən iftar süfrəsi açılıb.

Təşkilatın rəsmi dəvəti ilə iftar süfrəsində Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara Azərsun da iştirak ediblər.

Tədbirə eyni zamanda Avstraliya Yeni Güney Uelz (NSW) əyalətinin Mədəniyyət naziri, milət vəkilləri, din xadimləri və müxtəlif xalqların nümayəndələri qatılıblar.

Tədbirdə Mədəniyyət naziri Mark Koure, Türkiyənin Avstraliyadakı səfiri Korhan Karakoç, Musiad təşkilatının prezidenti Hasan Genç və digərləri çıxış ediblər.

Tədbirdə çıxış edənlər bütün dinlərin millətlərini sülhə və barışa dəvət etdilər.

Tədbirdən şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəallar molla rejimin həbs etdiyi Əzimi Qədimin ailəsi ilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir qrup azərbaycanlı milli fəal, o cümlədən Davud …

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …