Şənbə , Avqust 22 2026
azfa

Şuşada qurultay başa çatdı, qətnamə qəbul olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib.

İlk olaraq Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş diaspor nümayəndələrinə fəxri adları, orden və medalları təqdim edib. Fərəh Əliyeva çıxışında diaspor nümayəndələrini əziz, doğma Şuşada görməkdən şad olduğunu bildirib.

Daha sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada yüksək səviyyədə təşkil olunmasına göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinin adından dövlət qurumlarına təşəkkür bildirilib.

Müzakirələr nəticəsində Qurultayın yekun sənədləri – qurultayın qətnaməsi, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərində yaratdığı mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti yekdilliklə qəbul edilib.

Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.

Yekun sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında diasporun gələcək fəaliyyəti ilə bağlı səmərəli müzakirələrin aparıldığını söyləyib və qurultay iştirakçılarına təşəkkürünü bildirib.

Bununla da Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …