Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran rejimi vərziğanlı körpəyə 18 aydır şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran irqçi yanaşma sərgiləyərək Güney Azərbaycanın Vərziğan bölgəsindən olan körpəyə adının türkcə olduğuna görə 18 aydır şəxsiyyət vəsiqəsi vermir.

Körpənin atası Həsən Nəcəfzadə bildirib ki, oğlu 2020-ci il oktyabrın 19-da Təbrizin “Əmir əl-Möminin” xəstəxanasında dünyaya gəlib, lakin Vərziğan şəhərində İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi övladına Əlihan adının qadağan olmasını bəhanə gətirərək doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Nəcəfzadə həmçinin deyib: “İki ilə yaxındır ki, övladım şəxsiyyətini təsdiq edən sənədləri olmadığından tibbi xidmətlərdən yararlana bilmir və bu da onun səhhətini ciddi təhlükə altına qoyub”.

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini assimilyasiyaya uğradıb bir millət kimi məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …