Cümə axşamı , Aprel 30 2026
azfa

Təbrizdə İranın qiymətləri artırma siyasətinə qarşı etiraz posterləri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə İran rejiminin süni bahalıq və terrorçularını maliyələşdirmək məqsədilə qiymət artırma siyasətinə qarşı etiraz posterləri yapışdırılıb.

Bu məqsədlə çox sayda hazırlanan posterlər mayın 11-i axşam saatlarında Təbrizin bir çox məhəllələrində bahalıq və inflyasiyaya etiraz olaraq divarlara yapışdırılıb.

Beləliklə azərbaycanlı faəllar şəhərin küçərlərinə posterlər yapışdırmaqla iqtisadi durumun ağırlığı və hökumətin yarıtmaz iqtisadi siyasətini tənqid ediblər.

Yapışdırılan posterlərdə irqçi fars rejimin siyasəti nəticəsində Azərbaycan əyalətlərinin istismar olunduğu və əhalinin durumunun günü-gündən ağırlaşdığı qeyd olunub.

Posterlərdə həmçinin Seyid Cəfər Pişəvərinin 1945-ci ildə dediyi məşhur “Azərbaycan Hindistan kimi bütün İranla bir yerdə əsir qalmaqdansa İrlandiya kimi azad olmağı üstün tutur” kəlamı da əks etdirilib.

Həmçinin yoxlayın

Trampa İrana qarşı mümkün hərbi əməliyyatların yeni variantları edilir

GADTB: Axios xəbər verir, ABŞ prezidenti Donald Tramp bu gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı …

Marağalı şair Barişmaz təxəllüslü Heydər Abbasi vəfat edib

GADTB: Azərbaycanlı şair Heydər Abbasi (Barişmaz) 83 yaşında Marağa şəhərində vəfat edib. Məlumata görə, 1322-ci …