Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisani yenidən əməliyyat olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisani Təbrizin “Vəliəsr” xəstəxanasında yenidən əməliyyat olunub.

Azərbaycanlı siyasi məhbus mayın 24-də Təbrizin “Vəliəsr” xəstəxanasında yenidən qapalı bel diski əməliyyatı olunub.

Bundan öncə isə aprelin 9-da Abbas Lisani eyni xəstəxanada bel diskindən əməliyyat olunmuşdur.

Əməliyyat olunan azərbaycanlı siyasi məhbusa həkimlər lazer üsuli ilə cərrahiyyə əməliyyatı keçirəndən sonra təxminən 1 aya yaxın hərəkət etməməyi və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçməyi tövsiyə ediblər.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani fevralın 13-də üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra cərrahi əməliyyat və müalicə olunmaq üçün 6 aylıq tibbi məzuniyyətə göndərilib. Onun məzuniyyət müddətinin bitməsinə isə 3 ay qalır.

Azərbaycanlı siyasi məhbusun məzuniyyət müddətinin bitmədiyi halda onun dosiyesinin yenidən tibbi ekspertizaya göndərilməsi barədə hər hansı dəqiq açıqlama verilməyib.

Qeyd edək ki, İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparılmışdı.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşmışdı.

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …