Şənbə , May 18 2024
azfa

Azərbaycanda “Texnofest” Festivalı başa çatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Texnofest” Aerokosmik və Texnologiya Festivalının sonuna gəldik. Festival bitdiyi üçün hüzünlü olsaq da, qardaşlığımız bərkidiyi üçün sevinliyik.

Bunu bunu “Baykar” şirkətinin texniki direktoru və “Texnofest” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının bağlanış mərasimində deyib:

“Ümidvaram ki, növbəti illərdə”Texnofest”i Şuşada keçirəcəyik. İnanıram ki, bu festival həyatımıza müsbət məna qatacaq. Dünən Azərbaycanın müstəqillik gününü, bu gün isə İstanbulun fəthinin 569-cu ilini qeyd edirik. Bu möhtəşəm festivalı təşkilində rolu olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

Səlcuq Bayraqdar hər kəsi avqust ayında Qaradəniz – Samsunda keçiriləcək “Texnofest”ə dəvət edib.

Həmçinin yoxlayın

Azərbaycan Milli Məclisi Lüksemburqun Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

GADTB: Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Bəyanatda deyilir: …

Molla rejimin Kərəcdə həbs etdiyi azərbaycanlı milli fəaldan hələ də xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcdə həbs etdiyi azərbaycanlı milli …