Azərbaycanlı siyasi məhbus dr. Lətif Həsəni Rəcaişəhr zindanına qayıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi məhbusu dr.Lətif Həsəni 2 günlük Novruz məzuniyyətindən sonra həbs cəzasını çəkdiyi Kərəcin Rəcaişəhr zindanına qayıdıb. Fəal 2018-ci il mart ayının 20-də məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus dr. Lətif Həsəni Azərbaycan türk millətinin hüquqlarını müdafiə etdiyi və Yeni Gamoh adlı təşkilat qurduğu üçün irqçi fars rejiminin məhkəməsində 9 il həbsə məhkum edilib. İrqçi fars rejiminin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi 2013-cü il aprel ayının 29-da dr.Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Qulizadənin hər birinə 9 il həbs qərarı çıxarmışdır.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın