Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Sufiyanın cümə imamı azərbaycanlı jurnalisti həbs etdirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sofyan şəhərinə Xameneinin təyin etdiyi cümə imamı Həsən Mürsəli bu şəhərin “Dəniz Səsi” nəşrinin baş redaktoru Əmir Saini ona açıq məktub yazdığı üçün həbs etdirib.

Azərbaycanlı jurnalist Əmir Sai cümə imamına açıq məktubda tənqidi fikirlərə görə, cümə imamının qəzəbinə tuş gəlib və jurnalisti məhkəməyə verərək həbs etdirib.

Cümə imamının şikayəti ilə Əmir Sai 6 ay həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, bundan öncə də Güney Azərbaycanın Kərəc şəhərində cümə imamı bir jurnalisti həbs etdirmişdi.

Xamenei tərəfindən təyin edilən cuümə imamları haqsızlıqların ifşa olunmasına mane olmaq üçün bu şəkildə jurnalistləri həbs etdirirlər.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …