Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

F-16-lar verilməsə, Türkiyə “Tayfun” təyyarələri alacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Ankaraya F-16 satmaqdan imtina edərsə, Türkiyə müvəqqəti həll yolu kimi “Tayfun” (Eurofighter Typhoon) qırıcıları ala bilər. Bu barədə “Star” qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə HHQ komandanı general Həsən Küçükkakuz ötən ay “Eurofighter” konsorsiumunun əsas istehsalçısı olan İngiltərəyə səfər edib. Səfər zamanı o, Britaniya ordu komandiri, marşal Mayk Vinqstonla görüşüb. Küçükköküz burada sözügedən döyüş təyyarələrini öyrənib.

Adı açıqlanmayan türk rəsmisi isə “Tayfun” qırıcılarının çox yaxşı olduğunu qeyd edib:

“Əlbəttə, əgər biz F-16-ları ala bilməsək, bu, müvəqqəti seçim ola bilər”.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …