Cümə axşamı , May 2 2024
azfa

Əkbər Azad və Həsən Raşidi tanınmış dilçi və ədəbiyyatçı alim Hüseyn Düzgünün görüşündə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal və ziyalılar Əkbər Azad və Həsən Raşidi tanınmış dilçi və ədəbiyyatçı alim Hüseyn Məhəmmədzadə Sədiqi (Düzgün) ziyarət ediblər.

Azərbaycanlı fəallar dr. Sədiqin sağlıq durumu ilə maraqlanaraq, ona tezliklə sağlaraq, öz fəaliyyətlərini davam etməsini arzulayıblar.

Yenicə Tehranın Şəriəti xəstəxanasından evə buraxılan alimlə görüşdə onun Tehran, Təbriz, Kərəc, Urmiya, Zəngan və İsfahan şəhərlərindəki türk dili kurslarının fəaliyyətindən danışıb, gələcək fəaliyyət planlarını müzakirə ediblər.

Bir neçə günt öncə isə Özbəkistan Respublikasının Tehrandakı səfiri Bahadur Abdullayev və Özbəkistan səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Eldar Əsgərov azərbaycanlı dilçi və türkoloq alim Hüseyn Məhəmmədzadə Sədiqin evində olub və onun səhhəti ilə maraqlanmışdılar.

Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Dərya Örs Hüseyn də Düzgünə zəng edərək onun durumu ilə maraqlanıb.

Qeyd edək ki, azərbaycanlı alim Hüseyn Düzgün iyunun 4-də Tehranın Şəriəti xəstəxanasına yerləşdirilib və iyunun 9-da xəstəxanadan evə buraxılıb.

1945-ci ildə Təbrizdə dünyaya göz açan Hüseyn Düzgün müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.

Düzgün 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.

İnqilabın ilk illərindən sonra ağır siyasi basqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

Düzgün türk dilinin öyrədilməsi üçün kurslar açmaqla yanaşı, çox sayda tədqiqatlarla məşğul olub və çox sayda ədəbi və elmi əsərlər meyadana gətirib.

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …