Cümə , İyun 19 2026
azfa

İranın İstanbulda terror planının görüntü və detalları yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İstanbulda İranın 8 agentinin həbsindən təxminən üç həftə sonra Türkiyənin “Sabah” qəzeti bu şəxslərin həmin şəhərdə İsrail vətəndaşlarına qarşı terror planının fotolarını və təfərrüatlarını yayıb.

Bununla yanaşı, İsrailin baş naziri bu planı pozduğu və terrorun qarşısını aldığı üçün Türkiyə hökumətinə bir daha təşəkkür edib.

Qəzetin iyulun 10-da yazdığına görə, Türkiyənin Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul polisi həmin şəxslərin müxtəlif vaxtlarda bu şəhərə gələrək gizli görüşlər keçirməsi barədə məlumat yayıb.

Qeyd edək ki, iyunun 15-də Türkiyə mətbuatında İsrail vətəndaşlarına qarşı terror aktları törətmək üçün İstanbula göndərilən İranın təhlükəsizlik qüvvələrinə mənsub 8 nəfərin həbs olunması ilə bağlı xəbər yayılmışdı.

Həmçinin yoxlayın

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi …

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …