Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı siyasi məhbus Ruzbeh Piri Təbrizdə zindanın 12-ci bölməsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz sakini olan azərbaycanlı siyasi məhbus Ruzbeh Piri Təbrizdə zindanın 15-ci bölməsindən 12-ci bölməsinə köçürülüb.

İran rejiminin zindan məsulları həmçinin səhhətində yaranan problemlərə görə, fəalın tibbi məzuniyyət istəyinə də mənfi cavab vermişdilər.

Bundan əlavə Ruzbeh Pirini narkotik maddə istifadəçilərinin və alverçilərinin həbsdə saxlanıldığı zindanın 15-ci bölməsinə köçürmüşdülər.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır. Azərbaycanlı fəal bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.

Ruzbeh Piri “Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …