Cümə axşamı , May 7 2026
azfa

Təbrizdə posterlər yapşdırıldı: “Bizi Corc Dik kimi himayə edin”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın paytaxtı Təbrizdə azərbaycanlı milli-mədəni fəallar «Təbrizin sehrli nağılları» kitabının şəkli əks olunan çox sayda posterləri divarlara və s. yerlərə yapışdırıblar.

Posterlərin üzərində aşağıdakı şüar yazılıb.

“Support us (South Azerbaijan) as George Deek did”

“Azadlıq Ədalət Milli hökumət”

Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri «Təbrizin sehrli nağılları» kitabı barədə mənalı tvitt paylaşdıqdan sonra İranın Azərbaycandakı səfiri Seyidabbas Musəvi İsrail səfirini hədələdi. Bundan sonra isə «Təbrizin sehrli nağılları» kitabı ilə şəkil çəkdirib paylaşma kampaniyası başladı və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar kitabla çəkdirdikləri öz şəkillərini paylaşmaqla Təbriz və İsrail səfirinin bu işini himayə etdilər.

Həmçinin yoxlayın

BMT-nin keçmiş silah müfəttişi: Bütün zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır

GADTB: Channel 12 telekanalının yaydığı məlumata görə, BMT-nin keçmiş nüvə müfəttişi və “Elm və Beynəlxalq …

ABŞ qüvvələri Oman körfəzində İranın “Hosna” neft tankerini hədəfə alıb

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı İran bayrağı altında üzən boş neft tankerini Oman dənizində hədəfə aldığını …