Ağ Ev: İran terrorizmi və bölgədəki terrorçuları dəstəkləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kerbi deyib ki, rəsmi Vaşinqton nüvə anlaşmasının bərpası üçün Sepah-ı terror təşkilatları siyahısından çıxarmaq niyyətində deyil.

O, bu barədə avqustun 2-də mətbuat konfransında bildirib ki, İran rejimi terrorizmə və regiondakı terror şəbəkələrinə dəstək verir.

Kerbi sonda iki gün öncə Amerika tərəfindən Kabildə öldürülən Əl-Qaidə rəhbəri Əymən Əl-Zəvahiri haqqında danışarkən qeyd edib ki, rəsmi Vaşinqton Əfqanıstanın terror yuvasına çevrilməsinə icazə verməyəcək.

Qeyd edək ki, İran rejimi region ölkələrində terror təşkilatı olan Sepah vasitəsilə terrorçu qruplar yaradıb, onları maliyələşdirməklə yanaşı, həm də PKK və Hizbulla kimi bir sıra terror təşkilarını da daimi silah və maliyyə ilə təmin edir.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …