Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Ukrayna Rusiyanın itkiləri açıqladı; Krıma gedən dəmir yolu sıradan çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 161-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 41 350 hərbçi, 1 774 ədəd tank, 4022 ədəd zirehli döyüş maşını, 939 ədəd artilleriya sistemi, 259 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 118 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 191 ədəd helikopter, 2 922 ədəd avtomobil texnikası, 740 ədəd PUA, 180 qanadlı raket, 15 gəmi/qayıq, 83 xüsusi avadanlıq itirib.

Bu arada isə Xerson vilayətində Krımdan gələn Rusiya hərbi qatarına Ukrayna hərbi qüvvələrinin zərbəsi nəticəsində dəmir yoluna ciddi ziyan dəyib. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi öz kəşfiyyat məlumatlarına istinadən Tvitterdə məlumat yayıb.

“Ukraynanın zərbəsi nəticəsində Xersondan Krıma gedən dəmir yolunun işləmək ehtimalı çox azdır. Ruslar çox güman ki, bir neçə günə dəmir yolunu təmir edəcəklər, lakin bu, Rusiya qüvvələri və Krımdan Xersona qədər tədarük zəncirləri üçün zəif nöqtə olaraq qalmaqda davam edəcək”, – məlumatda bildirlir.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …