Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.

Newscenter.az-ın məlumatına görə, “Report” xarici KİV-ə istinadən bildirir ki, həmin avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.

Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi güman edilir.

Bildirilib ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.

Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.

Həmçinin yoxlayın

İran və Birləşmiş Ərəb Əmirliyi arasında toqquşma olub

GADTB: İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket və PUA hücumlarını davam etdirir. Bu barədə BƏƏ …

Human Rights Watch: “İran edam cəzalarından cəmiyyətdə qorxu yaratmaq üçün istifadə edir”

GADTB: Human Rights Watch BMT-yə üzv dövlətləri İranda artan edamların dayandırılması üçün rəsmi Tehrana qarşı …