Çərşənbə , Sentyabr 23 2026
azfa

İranın işğalçı Ermənistana ixracı 20% artıb

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, bu ilin ilk 7 ayında İranın işğalçı Ermənistana ixracı 115 milyon dollara yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artım deməkdir.

İranın Ticarətin İnkişafı Təşkilatının Mərkəzi Asiya, Qafqaz və Rusiya üzrə departamentinin rəisi “İRİB News”a müsahibəsində deyib: “Ölkəmizin bu il Ermənistana ixrac hədəfi 400 milyon dollardır”.

İranın Rusiya və Azərbaycan bazarına daxil olması üçün Ermənistanın əhəmiyyətinə toxunan  Rəhmətullah Xurmalı əlavə edib: “İranın şimal qonşusu və Avrasiyanın Birliyinin üzvü olan Ermənistan ölkəmizin kənd təsərrüfatı mallarının Avrasiyaya çıxışı üçün quru yolla giriş qapısı sayılır”.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …