ABŞ diktatorların himayədarının ətrafını cəzalandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ bu gün Rusiya oliqarxlarına qarşı “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət haqqında” (CAATSA) qanun çərçivəsində sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Yeni sanksiyaların dünya diktatorlarının hamisi Rusiyanın ABŞ-dakı prezident seçkisinə müdaxiləsinə cavab olaraq hazırlandığını bildirilib. Qara siyahıya Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafının da düşəcəyi açıqlanıb.

Qeyd edək ki, ABŞ bu ilin yanvarında “Kreml hesabatı”nı hazırlamışdı. Hesabata Rusiyanın 114 rəsmi şəxsinin və 96 oliqarxının adı daxil edilmişdi.

“Kreml hesabatı”nda həmçinin 5 azərbaycanlı milyarderə də yer verilmişdi.

 

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın