Marağada Urmiya gölünün qurudulmasına etiraz olaraq plakatlar asıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Marağada şəhərində Urmiya gölünün qurudulmasına etiraz olaraq bannerlər asılıb.

Bir qrup azərbaycanlı milli-mədəni fəal bu məqsədlə Güney Azərbaycanın Marağada şəhərində körpülərin üzərində “Urmu gölü can verir” yazılmış bannerlər asmaqla İranın Urmiya gölünü qurutmasına etirazlarını bildiriblər.

azərbaycanlı milli-mədəni fəallar bu yolla həmçinin ictimaiyyəti fikri rejimin yaradacağı bu fəlakətə yönəltmək istəyiblər.

Qeyd edək ki, İran rejimi Urmiya gölünü qurutmaqla Azərbaycanı xarabaya çevirib Azərbaycan türklərini başqa ərazilərə köçürməklə assimilyasiyaya uğradıb məhv etməyi planlaşdırıb.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …