Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin erməni terrorçuluğuna qarşı bəyanatı

GADTB: Sentyabr ayının 12-i gecə erməni terror dəstələri sınır qoruyucularına saldıraraq soydaşlarımızı şəhid etmişlər. Azərbaycanın qəhrəman Ordusunun anında cavabı erməni terror dəstələrini darmadağın edərək şəhidlərimizin qanını yerdə qoymayıb və erməni təcavüzçülərinə böyük zərbələr vuraraq geri püsgürdərək  dəmir yumruğun bir daha da erməni işğalçılarına xatırlatdı.

Şübhəsiz ki, erməni terrorçularını dəstəkləyənlərdə Azərbaycanın dəmir yumuruğundan son payını almışdı və bir daha da hər kəsə sübut oldu ki, Azərbaycan bütün topraqlarını qorumağa qadirdir, dəmir yumuruq daim hazır və igid qəhrəmanlarımız daim düşməni məhv etməyə hazırdır.

Azərbaycan qəhrəman ordusunun qalibiyyəti və Qafqazlarda yeni düzənin sağlanması və Azərbaycanın günü-gündən güclənməsi İranın işğalçı fars rejimini ciddi şəkildə qorxoya salmışdır. Məhz bu üzdən Qafqazlarda gedən prosesləri ənglləyib və Azərbaycan-Ermənistan anlaşmasına mane olmaq üçün erməni terror dəstələrini Azərbaycanın əleyhinə quşqurdaraq Zəngəzur koridorunu dayandıra biləcəyinə inanıb və çalışan İranın işğalçı fars rejimi birbaşa bu fitnənin arxasında vədə təşkilatçısıdır.

İranın işğalçı fars rejiminin hərbi hazırlıqları da məhz bu istiqamətdədir. Görünən o ki, Zəngəzur koridorunun açılması üçün dəmir yumuruq Tehranın da başını azməlidir.

Güney Azərbaycan İstiqlaçılar Birliyi bütün gücü ile Azərbaycan dövlətçiliyini qorumağa hazırdır və bütün xalqı özəlliklə də Güney Azərbaycanı da hazırlığa çağırır. İranın işğalçı fars rejiminin Güney Azərbaycan topraqları üzərindən erməni işğalçılarına heç bir silah sursat keçirməsinə əsla imkan vərməyib hər vasitə ilə olursa olsun qarşısını alcağıq. Güney Azərbaycanı, İranın işğalçı fars rejiminin məzarına çevirəcəyik .

Güney Azərbaycan İstiqlalçılar Birliyi şəhidərimizin qarşısında baş əyib vətən sağ olsun deyib yaralılarımıza acıl şifalar diləyib vətən uğrunda şəhid olmağa hazır olduğunu qürurla elan edir.

Şəhidlər ölməz

Vətən bölunməz

Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB)

Həmçinin yoxlayın

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir

GADTB: Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha …