Azərbaycanlı fəal Mehdi Həmidi Şəfiq Sepah-ın təcridxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim yaxaladığı azərbaycanlı milli-mədəni fəal Mehdi Həmidi Şəfiqi Sepah-ın təcridxanasına köçürüb.

Azərbaycanlı fəal sentyabrın 20-də Təbrizin Əbureyhan küçəsində həyat yoldaşı ilə şəxsi avtomobilində hərəkət edərkən rejimin ETTELAAT qüvvələrinin hücumu ilə yaxalanıb.

Rejimin məmurları avtomobilin şüşələrini sındırıb və Mehdi Həmidi Şəfiqi vəhşicəsinə döyərək yaralı vəziyyətdə ETTELAAT İdarəsinə aparmışdılar.

Qeyd edək ki, Mehdi Həmidi Şəfiq 2001-ci ildə 28 nəfər fəallar birlikdə Urmiya gölünün qurudulması məsələsinin müzakirəsi ilə bağlı keçirilən iclasda yaxalanmışdı. O 5 ay həbsdə saxlanıldıqdan sonra həmin ilin fevral ayında 100 milyon tümənlik vəsiqə girov qoymaqla sərbəst buraxılmışdı. Azərbaycanlı fəal dəfələrlə həbs və təzyiqə məruz qalıb və 2002-ci ildə Universitetdə təhsil almasına mane olublar.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …