Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı vəkillər aclıq aksiyasına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı vəkillər qeyri-müəyyən vəziyyətdə saxlandıqlarına etiraz olaraq aclıq aksiyasına başlayır.

Oktyabrın 15-də rejimin məmurları tərəfindən yaxalanaraq Təbriz zindanına köçürülən azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur qanunsuz olaraq zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmalarına və hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayacaqlarını bildiriblər.

Azərbaycanlı vəkillər ailələri ilə telefon danışığı zamanı bildiriblər ki, 3 gün müddətində tələbləri yerinə yetirilməsə müddətsiz aksiyaya başlayacaqlarını deyiblər.

Qeyd edək ki, azərbaycanlı vəkillər bir neçə gün öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə etirazlardan sonra 1700 nəfərin rejimin məmurları tərəfindən həbs edildiyini deyib, yaxalananların azadlığa buraxılması üçün müdafiə komitəsinin yaratdıldığını dedikdən sonra həbs ediliblər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …