Azərbaycanlı milli fəal Mehdi Həmidi Şəfiq zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Mehdi Həmidi Şəfiq vəsiqə qarşılığında zaminə buraxılıb..

Azərbaycanlı fəal 200 milyon tümən girov qarşılığında məhkəməyə qədər zaminəburaxılıb.

Rejimin Təbrizdəki zindanında həbsdə saxlanılan Mehdi Həmidi Şəfiq oktyabrın 27-də sərbəst buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal həyat yoldaşı ilə birlikdə sentyabrın 20-də minik maşınında Əbureyhan küçəsində hərəkət edərkən İran rejiminin məmurları tərəfindən maşının şüşələri sındırılmaqla yaxalanmışdı.

Rejimin məmurları Mehdi Həmidi Şəfiqi döyərək yaxalamışdılar.

Mehdi Həmidi Şəfiq 2001-ci ildə 28 nəfər fəallar birlikdə Urmiya gölünün qurudulması məsələsinin müzakirəsi ilə bağlı keçirilən iclasda yaxalanmışdı. O 5 ay həbsdə saxlanıldıqdan sonra həmin ilin fevral ayında 100 milyon tümənlik vəsiqə girov qoymaqla sərbəst buraxılmışdı. Azərbaycanlı fəal dəfələrlə həbs və təzyiqə məruz qalıb və 2002-ci ildə Universitetdə təhsil almasına mane olublar.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …