Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran Azərbaycanı şərləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şiraz şəhərində Şah Çıraq məqbərəsinə hücumla bağlı İran kəşfiyyatı gülünc informasiya yayıb.

İranın Kəşfiyyat Nazirliyi bu teraktla bağlı 26 nəfərin həbs edildiyini açıqlayıb.

“Saxlanılanlar Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır. Əməliyyatın baş koordinatoru Azərbaycan vətəndaşıdır. O, Bakı hava limanından Xomeyni aeroportuna uçub”, – məlumatda iddia edilib.

İran kəşfiyyatı əməliyyatın “köməkçi agentinin” “Əbu Bəsir” ləqəbli “Məhəmməd Ramiz Rəşidi” adlı əfqan, məqbərədə atəş açan şəxsin isə “Əbu Aişə” ləqəbli “Sübhan Komruni” adlı Tacikistan vətəndaşı olduğunu bildirib.

“Bu terrorçular Fars, Tehran, Əlborz, Kirman, Qum və Xorasan-Rəzəvi əyalətlərində saxlanılıb. Onların bəziləri də ölkənin şərq sərhədlərinə qaçarkən həbs edilib”.

Qeyd edək ki, Şah Çıraq məqbərəsindəki terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürsə də, bəzi müşahidəçilər buna şübhə etdiklərini bildirmişdilər. Belə ki, İŞİD-in yaydığı məlumatda tarix səhvləri vardı və iddia edilirdi ki, qurum heç ayın neçə gündən ibarət olmasını belə bilmir. Buna görə də bu teraktın İranın öz içindən, etirazları zorakı üsullarla yatırmağa şans qazanmaq üçün törədildiyi və əhalini çaşdırmağa hesablanan akt olduğu da iddia edilirdi.

Ancaq görünür, İranı bu teraktla “hədəflərini” genişləndirmək niyyətindədir. Belə ki, Azərbaycanın adının bu teraktda hallanması, “əsas koordinatorun” Azərbaycan vətəndaşı olması barədə iddia bunu deməyə əsas verir ki, Tehran bu olaydan həm daxili təzyiqi artırmaq, həm də Azərbaycana qarşı sui-istifadə etməyə girişib.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …