Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlıya 2 il həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlıya 2 il həbs cəzası verib.

Güney Azərbaycanın Xoy şəhərində yaşayan azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlı iki saxta ittihama görə 2 il həbsə məhkum edilib.

Molla rejimin Xoy şəhərindəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən verilən qərara əsasən azərbaycanlı milli fəala “Hökumətə qarşı təbliğat” ittihamına görə 8 ay, “İran rəhbərini təhqir etmək” ittihamına görə isə 16 ay həbs cəzası verilib.

Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərindən olan və oktyabrın 18-də rejimin məmurları tərəfindən həbs edilən Cavad Əhmədi Yekanlı dekabrın 2-də 500 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …