Molla rejimiTehranda separatçı Əlikram Hümbətova anım mərasimi keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda molla rejiminin himayəsi ilə separatçı Əlikram Hümbətova anım mərasimi keçiriləcək.

Keçən həftə Almaniyada dünyasını dəyişən bu şəxs 90-cı illərdə Rusiya və İranın köməyi ilə Azərbaycanı parçalamağa və qondarma “Talış Muğan Respublikası” yaratmağa cəhd etmiş və Azərbaycan rəhbərliyinin vaxtında gördüyü tədbirlər nəticəsində qarşısı alınmışdı.

Hazırda Qum və Tehran şəhərlərində həmin üzdəniraq hərəkatın tör-töküntülərindən bəziləri İran rejiminin maliyyə və digər imkanları sayəsində “Azərbaycan Hüseyniyyun Hərəkatı” adlanan qondarma hərəkatı ortaya atıb, İran və Ermənistan rejimlərinin dəstəyi ilə Azərbaycana qarşı planlar hazırlayırlar.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …