İran adlanan ölkə hava hücumundan müdafiə sistemi istehsal etdiyini iddia edib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan ölkə özünün yeni hava hücumundan müdafiə sistemini təqdim etdiyi iddia edib.

Sistem rejimin ordu günü münasibətilə keçirilən hərbi paradda təqdim olunub. Yeni sistemə Kamin-2 adı verilib. İrqçi fars rejimi bu sistemin aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatlarının məhvi üçün nəzərdə tutulduğunu açıqlayıb.

Qeyd edək ki, Kamin-2 sistemi 2010-cu ildə irqçi fars rejimi tərəfindən hazırlanan kiçik və orta radiuslu hava hücumundan müdafiə sistemi olan “Mersad”ın təkmilləşdirilmiş versiyasıdır.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın