İran səfirliyə terror hücumu ilə bağlı heç bir məlumat vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı yaralanan mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanovun vəziyyəti yaxşıdır.

O qeyd edib ki, yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Terror hücumu ilə bağlı istintaqın gedişinə gəlincə, nazirlik sözçüsü bildirib ki, rəsmi Tehran bununla bağlı Azərbaycan tərəfinə heç bir məlumat vermir:

“İstintaqın gedişi ilə bağlı bizdə hansısa informasiya yoxdur”.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …