Şənbə , May 30 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbs cəzası çəkən azərbaycanlı siyasi məhbus Əlirza Fərşi Yekanlı 4 illik cəzasının 3 il 3 ayını çəkdikdən sonra dünən, fevralın 8-də axşam saatlarında zindandan azadlığa çıxıb.

Tanınmış azərbaycanlı fəal şəxsi İnstaqram səhifəsində post paylaşaraq azadlığa çıxdığını bildirib və yazıb ki, həbsxananın məsul şəxsi ona “Amnistiya və ümumi cəzanın azaldılması” qərarı əsasında cəzasının qalan 9 ayının əfv olunması barədə məlumat verilib.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülmüşdü.

Əlirza Fərşi bundan öncə isə 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi. Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay həbs cəzası çıxarmışdı.

Azərbaycanlı siyasi məhbus həbsini çəkib və tibbi məzuniyyətindən istifadə edirdi. Lakin o həbsdə olarkən rejim azərbaycanlı fəalı şərləyərək ona yenidən iş açıb və həbs etmişdi.

Həmçinin yoxlayın

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar …

“Traxtur” klubu Çempionlar Liqasında iştirak edə bilər

GADTB: Cənubi Azərbaycanın “Traxtur” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə …