Bazar ertəsi , May 6 2024
azfa

İran Azərbaycanla düşmənçilik üçün erməni millətçilərin hamisinə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycanla düşmənçilik etmək üçün erməni ifratçıların sığınacaq yeri və hamisinə çevrilib.

Artıq daşnaksutyun Partiyasına bağlı Hor İnstitutunun ev sahibliyi etdiyi “Qafqaz geosiyasi tənlikləri, regional və qeyri-regional aktorları” adlı toplantıda Elahe Kulayi kimi İranın tanınmış simaları iştirak edib və konfransın xəbəri dövlət mediası tərəfindən yayınlanır.

Azərbayacana qarşı keçirilən konfrans Türkiyə və Azərbaycan arasında “İki Dövlət, Bir Millət” şüarının təqlidi olan “İki Millət, Bir Sivilizasiya” şüarı ilə keçirilib.

Molla rejimi bu şüarla Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyinə zidd olan İran və Ermənistan arasında strateji müttəfiqlik qurduğunu göstərməyə çalışır. Lakin unudur ki, Türkiyənin önəmli sayda erməni əhalisi yoxdur, amma İranda 40%-dən çox türk yaşayır.

Molla rejimi ümumiyyətlə erməni ifratçılarını himayə edib Azərbaycana qarşı Tehranda çox saylı tədbirlər keçirir:

  • Erməni Milli Komitəsinin (HOOSK) yaradılmasının 40 illiyi Tehranın Erməni Klubunda Ermənistandan gələn qonaqların və rəsmilərin iştirakı ilə qeyd olundu.
  • Tehranda “Ermənistan və Artsax regional geosiyasi hadisələrin mərkəzində” iclası keçirildi.
  • Martın 3-də Erməni Problemlərinin Araşdırılması Mərkəzinin (HOOSK) təşkilatçılığı ilə keçirilən “Ermənistan, Artsax və Dəyişən Region” adlı 14-cü konfransı öz işini başa vurdu.
  • Martın 5-də Tehranda çox sayda İran [İranşəhri] qurumları və fəallarının iştirakı ilə “Qafqaz geosiyasi tənlikləri, regional və qeyri-regional aktorlar” seminarı keçirildi.

Bu fəaliyyət İranın birbaşa himayəsi ilə İranda Daşnaksutyunun qolları olan Hoor İnstitutu, Alik Qəzeti və Erməni Xilafəti ilə cəmi bir həftə ərzində keçirilib. Bütün bunları isə molla rejiminin necə Azərbaycana qarşı düşmən olduğunu bir daha sübut edir.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …