Bazar ertəsi , May 6 2024
azfa

İranın yalan iddialarına Azərbaycan Prezidentindən cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Prezidenti irqçi fars-molla rejiminin Azərbaycan şairi Nizami Gəncəvi barədə yalanlarına cavab verib.

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır.

Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlətimizin başçısı qeyd edib:

“Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.

Qeyd edək ki, İran Azərbaycanla düşmənçilik zəminində Nizami Gəncəvini fars və fars şairi adlandırır. Halbuki, o özü öz şeirlərində özünün türk oğlu türk olduğunu və farsca yazmağa məcbur edildiyini yazıb.

Qeyd edək ki, İranda “Nizami Gəncəvi həftəsi”nin açılışında çıxış edən Tehran rəsmiləri cidd-cəhdlə Nizami Gəncəvinin milliyyətcə fars olduğu yalanını da səsləndirməyə çalışmışdılar.

Həmçinin yoxlayın

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni …

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …