Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Hindistan, İran və Ermənistan Avropaya yeni dəhliz barədə danışıqlar aparırlar

GADTB: Ərəb körfəzi-Qara dəniz dəhlizinin tikintisi təklifi ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfəri çərçivəsində yüksək vəzifəli şəxslər və ekspertlərdən ibarət Ermənistanlı qrup tərəfindən irəli sürülüb.

Bununla bağlı Hindistan da İran hakimiyyəti ilə danışıqlara başlayıb.

Təklif olunan dəhlizin məqsədi- Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə paralel olaraq Mumbayı İranın Bəndər Abbas limanına, sonra Ermənistana, oradan da Avropaya və ya Rusiyaya birləşdirməkdir.

Sözügedən dəhliz özü də Ermənistan və ya Azərbaycan üzərindən İranı Gürcüstanla birləşdirə bilər. Ermənistan və Azərbaycanın Gürcüstanla birbaşa avtomobil və dəmir  yolu əlaqəsi var, Azərbaycanın isə özünün dəmir yolu xətti var.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …