Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi 19 yaşlı təbrizli gənc qız qətlə yetirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi etirazlarda yaxaladığı 19 yaşlı təbrizli gənc qız qətlə yetirib.

Təbrizin Beylənki bölgəsinin sakini olan Zəhra Mikayili ötən ilin sentyabrın 21-də Şahnaz küçəsində etirazlar zamanı həbs edilib və aylarla məlumatsızlıqdan sonra onun cəsədi tapılıb.

Ailəsi qızlarını tapmadığı üçün 1 milyard tümən xərclədikdən sonra, nəhayət Bəndər Abbas şəhərində onun izinə düşə biliblər. Lakin onun cəsədini Bəndər Abbasda balıqçı gölündə tapa biliblər.

Yerli balıqçılardan biri deyib ki, hər üsyandan sonra bu göldə bir neçə cəsəd tapılır. Rejim həbs etdiyi gənc qızı öldürərək cəsədini orada gölə atıblar.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …