Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Azərbaycanlı ekofəallar Urmiya gölü ilə bağlı etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 21-də Güney Azərbaycanda azərbaycanlı fəallar Urmiya gölü ilə bağlı etiraz aksiyası keçiriblər.

Azərbaycanlı fəallar Urmiya gölünün qurudulduğu və bərpa işlərinin yerinə yetirilmədiyinə etirazlarıını bildiriblər.

Bu məqsədlə Güney Azərbaycanın müxtəlif bölgələrindən olan bir qrup ekofəal Urmiya gölünün qurumuş yatağı üzərinə toplaşaraq etiraz aksiyası keçiriblər.

Azərbaycanlı fəallar aksiya zamanı əllərində üzərində “Urmiya gölü bərpa edilməlidir”, “Bəndləri açın 15 milyon insanın həyatı təhlükə altındadır”  və şüarlar yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanı xarabaya çevirmək məqsədilə qəsdən Urmiya gölünü planlı şəkildə qurudur.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …