Qumda “Hüseyniyyun” terror qruplaşmasının iki üzvünün həbs edidiyi bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın bir neçə media orqanı və sosial media kanalı Qum şəhərində “Hüseyniyyun” qruplaşmasının iki üzvünün həbs edildiyi barədə məlumat yayıb.

Məlumatda Orxan Məhəmmədov və Tohid İbrahimbəylinin təhlükəsizlik əməkdaşları tərəfindən həbs edildiyi iddia edilıib.

Məsələ ilə bağlı məlumat yayan “azəriga” saytı xəbəri “İran öz tərəfdarlarını həbs etdi” başlığı ilə yayıb.

Yazıda adı çəkilən şəxslərin saxlanılmasını “Bakının İranın müxtəlif qurumlarına sızmasının nəticəsi” olduğu kimi fikirlər dərc edilib.

Bəzi məlumatlara görə isə onlar yenidən sərbəst buraxılıblar.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …