Molla rejimin məmurları Yekanda əhalinin etirazına divan tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Mərəndin Yekan bölgəsində yerləşən Kəhriz kənd sakinləri torpaq və otlaq sahələrinin Təbii Sərvətlər Təşkilatı tərəfindən zəbt edilməsinə etiraz olaraq aksiya keçiriblər.

Yekan Kəhriz kəndinin əhalisi təbii sərvətlər təşkilatının torpaq və otlaq sahələrini zəbt edib milliləşdirməsinə etiraz olaraq aksiya keçirərək, Xoy-Culfa yolunu bir neçə saatlıq bağlayıb.

Mərəndin Təbii Sərvətlər Təşkilatı Dəşt Mil Yekanın torpaq və otlaqlarını milli elan etməklə bu torpaqları İsfahan şirkətlərinə verib. Bu bölgədəki İsfahani şirkətləri sənaye istixanaları tikərək və ərazini hasara alaraq mal-qaranın otarılmasının qarşısını alıblar.

Etiraz edən Yekan əhalisi bu istixanaların bəzilərini yandırıb. Təhlükəsizlik və hüquq-mühafizə qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, havaya atəş açıblar.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …