Cümə axşamı , Oktyabr 22 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalı 6 il həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəalı 6 il həbsə məhkum edib.

Tehran İnqilab Məhkəməsi azərbaycanlı fəal Ramin Əliniyanı “toplaşmaq və əlbir olmaq”, “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək” və “İslam Respublikası quruluşuna qarşı təbliğat aparmaq” ittihamları ilə ümumilikdə 6 il müddətinə həbsə məhkum edib.

Bundan əlavə, azərbaycanlı milli fəal 2 il ərzində siyasi partiyalara, qruplara və təşkilatlara üzv olmaq, sosial şəbəkələrdən istifadə etməkdən, medialara açıqlama vermək və s. fəaliyyətlərdən, ölkəni tərk etmək hüququndan da məhrum edilib.

Qeyd edək ki, Ramin Əliniya ötən ilin noyabrında Ərdəbil şəhərində həbs edilmişdi.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …