Çərşənbə , Sentyabr 23 2026
azfa

Təbriz stadionu: Qeyri-fars millətləri istiqlal uğrunda mübarizədə birləşsin

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 12-də Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” klubunun Mazandaranın “Nəssaci” klubu ilə görüşündə fars şovinizmi əleyhinə aksiya keçirilib. Qaldırılan banerlər, Azərbaycan, əl-Əhvaz və Bəlucistan xalqlarının birliyini əks etdirən şüarlar İranda qeyri-fars xalqlarının birgə mübarizəsinin yeni dövrünün başlanmasından xəbər verir.

“Qeyri-fars xalqlarının fars şovinizminə qarşı birliyi. Azərbaycan. Əl-Əhvaz, Bəlucistan. İnsanlara azadlıq, millətlərə istiqlal” məzmunlu baner bu qəbildən olan aksiyalarda ilk sayılır.

Bundan öncə bir sıra radikal qruplar, təşkilatlar İranda yaşayan qeyri-fars xalqlarının birliyinə xələl gətirən torpaq iddiaları edib, reallığa uyğun olmayan xəritələr yaymaqla fars şovinizminə qarşı birgə mübarizəyə kölgə salıb.

Mayın 12-də Təbrizdə qaldırılan banerlər, Azərbaycan, Əl-Əhvaz və Bəlucistan xalqlarının birliyini əks etdirən şüarlar İranda qeyri-fars xalqlarının birgə mübarizəsinin yeni dövrünün başlanmasından xəbər verir.

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …