Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Türkiyə pilotsuz ALPAR texnikasını təqdim etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Otokar” şirkəti ALPAR ağır hərbi yük daşıyan pilotsuz yerüstü nəqliyyat vasitəsini nümayiş etdirib.

Bu barədə “SavunmaSanayiST.com” Tvitter səhifəsində məlumat yayıb.

“Bu pilotsuz nəqliyyat hərbçilərin müxtəlif döyüş tapşırıqları üçün faydalı olacaq: düşməni məhv etməkdən tutmuş sursatların çatdırılmasına qədər…” – məlumatda deyilir.

Maksimum yüklənmə çəkisi 15 ton olan avtomobil avtonom və süni intellekt sistemləri ilə aşağıdakı problemləri həll etmək üçün nəzərdə tutulmuşdur:

– Döyüş meydanında şəxsi heyətin riskinin azaldılması;

​- Süni intellekt və məlumatların təhlilindən istifadə etməklə sahədə işçilərin sayını azaltmaqla tapşırıqların icrasını uğurla artırmaq;

– Döyüş meydanındakı pilotsuz uçuş aparatları və digər elementlərlə əlaqə quraraq döyüş sahəsində səmərəliliyi artırmaq.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …