Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

NATO-dan Türkiyə ordusunun güclü olmasına etiraf

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, NATO Türkiyə ordusunun güclü olmasına etiraf etdi. NATO Baş katibi Yens Stoltenberq deyib ki, xüsusən terrorla mübarizədə Türkiyə İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya infrastruktur təmin etdi. Bunun üçün türk əsgərinə minnətdarıq.

“Türkiyənin güclü bir ordusu var. NATO missiyaları və əməliyyatlarına dəstək verir. Əfqanıstandakı missiyamızın qabaqcıl dövlətlərindən biri olan Türkiyə yüzlərlə əsgər ilə illərdir ki, orada mövcuddur. Əfqanıstanda türk əsgərlərini şəxsən gördüm. Türk əsgəri həm peşəkar, həm də əzmkardır. Etdiklərindən təsirləndim”, – Stoltenberq deyib.

Həmçinin yoxlayın

Britaniya: İran İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verə bilmərik

GADTB: Britaniyanın baş naziri Endi Börnham bildirib ki, ölkəsinin hökuməti ABŞ və İsrailin İranla müharibəsinə …

Qərbi Azərbaycan gömrüyündə terrorçu kürdlərin maliyyə korrupsiyası

GADTB: Qərbi Azərbaycanda bəzi vəzifəli şəxslərlə kürdlər arasında qeyri-şəffaf maliyyə və ticarət əlaqələrinin mövcudluğuna dair …

Bir cavab yazın