Netanyahu İranla bağlı sənədləri ələ keçirdiyini dedi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün İsrail Baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramı ilə bağlı dramatik açıqlama verəcəyi bildirilib. Bu barədə İsrail televiziyası Kanal-10-un müxbiri Ronen Berqman məlumat yayıb.

Berqman qeyd edib ki, bu gün saat 21:00-da (Bakı vaxtı ilə) Təl-Əvivin Kirya hərbi bazasında Netanyahu çıxış edəcək və ötən gecə Suriyada iranlıların olduğu bazanın vurulmasından yox, İranla nüvə sazişi barədə danışacaq. Belə ki, Netanyahu nüvə sazişinin pozulması ilə bağlı kəşfiyyat məlumatını yayacaq.

İran nüvə müqaviləsinə baxmayaraq gizli nüvə silahı proqramını davam etdirir. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu sözügedən iddiası ilə bağlı əllərində sübutların olduğunu və İranın nüvə arxivinin surətlərini ələ keçirdiklərini iddia edib: “İran rəhbərliyi əvvəllər heç nüvə silahını inkişaf etdirməyə çalışmadı, lakin ələ keçirdiyimiz sənədlər İranın keçmiş nüvə silahı proqramlarını sübut etdi”.

Ələ keçirdikləri 100 mindən çox sənədin nüvə müqaviləsinin yalanlar üzərində qurulduğunu sübut etdiyini deyən Netanyahu əllərindəki sənədlərin İranın bütün dünyaya yalan danışdığını sübut etdiyini söyləyib.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın